UstaGel.az
Etibarlı usta tapmağın ən rahat yolu. Bakı və Abşeronda təmir, quraşdırma və texniki xidmət axtarışını bir yerə yığan yerli platforma.
Nə üçün yaradılıb?
Kombi söndü, televizoru divara asmaq lazımdır, kondisioner soyutmur. Belə vaxtda etibarlı usta tapmaq, qiyməti öyrənmək və ustanın əvvəlki işinə baxmaq çox vaxt zaman aparır.
UstaGel.az bu axtarışı bir yerə yığır. Eyni zamanda ustalar və servis mərkəzləri üçün müştəri tapmağın sadə yolunu verir: profil açırlar, müştərilər birbaşa zəng edir və reytinq verir.
Digər platformalardan fərqi
Yerli və dəqiq ərazi
Bakı və Abşeron üçün hazırlanıb: Bakının hər rayonu, Abşeron, Sumqayıt, Gəncə və digər şəhərlər üzrə filtr var. Usta sizə yaxın olur.
Yoxlanmış profillər
Usta və servis profilləri admin yoxlanışı və təsdiqindən sonra dərc olunur.
Rəy və reytinq
Hər ustanın profilində təcrübə ili, qiymət aralığı, reytinq və müştəri rəyləri görünür. Seçimi başqalarının real təcrübəsinə baxıb edirsiniz.
Qiymət əvvəlcədən məlum
Qiymət cədvəli və kombi, radiator yuma kalkulyatoru saytda açıqdır. Ustaya zəng etməzdən əvvəl təxmini xərci hesablaya bilərsiniz.
Necə işləyir
Ehtiyacdan ustaya qədər beş sadə addım.
Xidməti və ərazini seçin
Kateqoriyalardan lazım olan sahəni, sonra şəhər və ya rayonu seçin. Siyahı ustaları, briqadaları və servis mərkəzlərini ayrı-ayrı göstərir.
Ustanı müqayisə edin
Profilə baxın: təcrübə, qiymət aralığı, reytinq və rəylər. VIP vitrində önə çıxan ustalar siyahının başında olur.
Qiyməti öyrənin
Qiymətlər səhifəsində xidmət cədvəli və kombi, radiator yuma kalkulyatoru var. Beləliklə xərci əvvəlcədən təxmin edirsiniz.
Əlaqə saxlayın
Ustaya birbaşa zəng edin, WhatsApp-da yazın və ya onlayn usta çağırışı formasını doldurun: ad, telefon, ünvan, xidmət növü və nasazlığın qısa təsviri.
İşdən sonra rəy yazın
Usta işi bitirəndən sonra onu ulduzla qiymətləndirin və rəy yazın ki, növbəti müştəri düzgün seçim edə bilsin.
Usta olsanız: qeydiyyat formasını doldurursunuz, admin məlumatları yoxlayıb təsdiq edir, profiliniz dərc olunur və müştərilər sizə birbaşa zəng edir.
Kateqoriyalar
Saytdakı xidmət və detal sahələri.
- Kombi və radiator servisiKombi təmiri, radiatorların yuyulması, plata təmiri, quraşdırma
- Paltaryuyan və məişət texnikasıMəişət texnikasının təmiri və quraşdırılması
- Ev təmizləmə və klininqMənzillərin təmizlənməsi, təmirdən sonra təmizlik
- Televizor və Android TVDivara montaj, Android TV, kanalların yazılması
- Ev təmiri və suvaq işləriSuvaq, malyar, astar-üz və kafel işləri
- Soyuducu və kondisionerSoyuducu və kondisioner təmiri, quraşdırma
- Santexnik və su quraşdırmaSu xətləri və santexnika işləri
- Elektrik və avtomatikaElektrik xətti, avtomatlar və qoşulmalar
- Mebel yığımı və təmiriMebelin yığılması və təmiri
- Elektronika və platalarBütün plataların təmiri və diaqnostikası
- Dəmir işləri və qaynaqDəmirçi və qaynaq işləri
- İşlənmiş elektron detallarİşlənmiş ehtiyat hissələri və detallar
- Yeni orijinal detallarYeni və orijinal ehtiyat hissələri
Platformada nələr var
Usta tapmaqdan cihazın xətasını anlamağa qədər: saytın real bölmələri.
- Usta və servis kataloquFərdi ustalar, usta briqadaları, rəsmi servis mərkəzləri və VIP vitrin. Kateqoriya və ərazi üzrə axtarış.
- Onlayn usta çağırışıQısa form: ad, telefon, ünvan, xidmət növü (kombi təmiri, radiator yuma, eşenjor təmizliyi, plata təmiri və s.) və qeyd.
- Qiymətlər və kalkulyatorXidmətlərin qiymət cədvəli və radiator sayına, istipol xətlərinə görə kombi xidməti kalkulyatoru.
- Ehtiyat hissəsi mağazalarıKombi, plata, televizor LED bar, soyuducu və kondisioner detalları satan mağazaların kataloqu. Mağaza sahibləri üçün qeydiyyat.
- Detal elanlarıYeni və işlənmiş elektron detallar, platalar üçün elanlar. Tək detal da elan edə bilərsiniz.
- Xəta kodları bazasıKombi, paltaryuyan və kondisioner xəta kodları: səbəb və həll yolu ilə. Kombi üçün Baxi, DemirDöküm, Ariston, Immergas, Bosch, E.C.A və s.
- Elektronika kalkulyatorlarıOm qanunu və güc, kondensator kodu, LED rezistoru, gərginlik bölücü, kabel kəsiyi və avtomat, NE555 taymer, rezistor rəng kalkulyatoru.
- Usta kimi qoşulmaqFərdi usta, briqada və ya servis mərkəzi kimi qeydiyyat. Müraciət admin tərəfindən yoxlanılır, təsdiqdən sonra profil dərc olunur.
Tez-tez verilən suallar
UstaGel.az nədir?
Nə üçün yaradılıb?
Digər platformalardan nə ilə fərqlənir?
Hansı xidmətləri tapa bilərəm?
Hansı ərazilərdə işləyir?
Usta çağırmaq üçün qeydiyyat lazımdırmı?
Qiymətləri əvvəlcədən necə öyrənim?
Ustaya necə rəy yazım?
Usta və ya servis kimi necə qoşulum?
Ehtiyat hissəsi mağazamı əlavə edə bilərəmmi?
Xəta kodları bazası nə üçündür?
Platformaya necə daxil olum?
Digər məhsullarımız
ORIGINVALEVadidə heç nədən başlayan realist açıq dünya oyunu konsepti.
Muxtar MusicYouTube keçidlərindən MP3 yükləyir: növbəli yükləmə, kitabxana, daxili pleyer.
Muxtar VoiceAZ, EN və RU dillərində mətni WAV faylına çevirir.
Muxtar AIAzərbaycan dilində sual, yazı və araşdırma üçün AI köməkçi.
KəndBazarı.azKənd məhsulları, heyvan və texnika elanları. Google Play-də rəsmi tətbiq.
